Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakıda Yaponiya mədəniyyəti festivalı keçirilib

Festival Yaponiyanın Azərbaycandakı səfirliyi tərəfindən ölkələr arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə silsilə tədbirlər çərçivəsində təşkil olunub. Bu barədə Yaponiya səfirliyindən məlumat verilib.

 

Festivalın açılış mərasimində Yaponi­yanın Azərbaycandakı səfiri Cuniçi Vada çıxış edib.

Sonra çoxsaylı qonaqlar ya­pon mədəniyyəti və müxtəlif ənənəvi sənətkarlıq nümunələrinin əks olunduğu stendlərlə, yapon xəttatlığı sənəti ilə tanış olublar, həmçinin ikebanaların necə yığıl­dığına – gül kompozisiyalarına, ənənəvi yapon çay mərasiminin keçirilməsinə və oriqamiyə baxıblar.

Yaponiya və onun adət-ənənələri haq­qında bilik yarışlarında da iştirak etmək, ənənəvi yapon paltarlarını – kimono və yukatanı sınamaq üçün şərait yaradılıb. Tədbirin balaca qonaqları isə azərbaycanlı məktəblilərin robototexnika üzrə işlərini maraqla izləyiblər.

Festivalın səhnəsində bu ölkənin xalq rəqsləri və mahnıları, o cümlədən məşhur “Sakura” kompozisiyası təqdim edilib.

Festival tamaşaçıların böyük marağına səbəb olub.

M.MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”

17 May 2022 00:14 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
3 İyul 2022 | 01:13
Rusiyada yoluxma azalır
3 İyul 2022 | 01:03
Xarici xəbərlər

Köhnə versiyamızdan xəbərləri izlə