Ən son xəbərlər
“Finlandiya və İsveçin NATO-ya üzvlüklə bağlı qərarlarına hörmətlə yanaşırıq, ancaq biz neytrallığımızı qoruyacağıq”. TASS informasiya agentliyinin yaydığı məlumata görə, bu barədə ölkənin xarici işlər naziri Aleksander Şallenberq bildirib.
Onun sözlərinə görə, Avropa İttifaqı Ukraynadakı hərbi əməliyyatlara görə yaxın günlərdə Rusiyaya qarşı altıncı sanksiyalar paketi ilə bağlı razılığa gələ biləcək. Nazir əlavə edib ki, yeni sanksiyalar paketinin bir hissəsi Rusiya Federasiyasının hərbi sənaye kompleksinə qarşı tədbirlər olmalıdır.
Rövşən TOĞRUL, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə