Ən son xəbərlər
1. Dövlət və bələdiyyə idarəetməsi.
2. Menecment.
3. Beynəlxalq münasibətlər.
4. Politologiya.
Tədris qiyabi formada (ödənişli əsaslarla) təşkil edilir.
Təkrar ali təhsil müəssisə, təşkilat, idarə və ayrı-ayrı vətəndaşlarla (iş stajı 1 ildən az olmayaraq) Dövlət İdarəçilik Akademiyası arasında bağlanmış fərdi müqavilələr əsasında həyata keçirilir.
Təkrar ali təhsil almaq istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:
– rektorun adına ərizə ;
– göndəriş-zəmanət məktubu (məktubun əsli poçtla və ya şəxsən təqdim edilir);
– əmək kitabçasının surəti (hazırda işlədiyi göstərilmək şərtilə);
– ali təhsil haqqında diplom və diploma əlavənin notarial qaydada təsdiqlənmiş surətləri;
– sağlamlıq haqqında arayış;
– şəxsiyyəti təsdiq edən sənəd;
– 3×4 sm ölçüdə 4 ədəd fotoşəkil.
Xarici ölkələrdə ali təhsil almış şəxslər yalnız diplomları mövcud qaydada Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra Dövlət İdarəçilik Akademiyasında təkrar ali təhsil ala bilərlər.
Təqdim olunan sənədlər müvafiq tələblərə cavab verdiyi halda iddiaçılar təkrar ali təhsil almaq hüququnu qazanırlar.
Qəbul zamanı dövlət orqanlarının tövsiyyə məktubu ilə gələn şəxslərə üstünlük verilir.
Sənədlər elektron formada [email protected] e-mail ünvanına göndərilməlidir.
Əsli tələb olunan sənədlər 2022-ci il iyunun 1-dən həftənin çərşənbə axşamı və cümə axşamı günləri saat 14.00-dan 17.00-dək akademiyanın inzibati-tədris binasında (1-ci mərtəbə, 23 nömrəli otaq) qəbul edilir.
Telefon- 492-66-19.
Ünvan- Bakı, Lermontov küçəsi 74.
Rektorluq
Köhnə versiyamızdan xəbərləri izlə