Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Milli Məclisin deputatları Avropa Parlamentində görüşlər keçirəcəklər

Milli Məclisin deputatları mayın 16-da Belçikanın paytaxtı Brüsselə səfər edəcəklər.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Xalq qəzeti"nə verilən məlumata görə, səfər çərçivəsində Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsində nümayəndə heyətinin rəhbəri Tural Gəncəliyev və nümayəndə heyətinin üzvü Sevil Mikayılova Avropa Parlamentinin rəsmiləri ilə bir sıra görüşlər keçirəcəklər.

Görüşlərdə əməkdaşlığın inkişaf etdirilməsi və bəzi aktual məsələlər barədə fikir mübadiləsi aparılacaq.

Səfər mayın 19-da başa çatacaq.

14 May 2022 12:05 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə