Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Özünüməşğulluq proqramının zərflər siyahısına aqroturizm də əlavə olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən icra olunan özünüməşğulluq proqramının əhatə etdiyi iqtisadi fəaliyyət sahələrinin sırası genişlənib.

Agentlikdən bildirilib ki, zərflər siyahısına yeni bir istiqamət olaraq aqroturizm də əlavə olunub.

Aqroturizmlə məşğul olmaq istəyən şəxslər özünüməşğulluq imkanlarının qiymətləndirilməsi üçün Bakı şəhəri üzrə DOST Mərkəzlərinə, regionlar üzrə isə Regional Məşğulluq Filiallarına müraciət edə bilərlər.

Aqroturizm fəaliyyətinə başlamaq istəyən şəxslərə bu xidmətin göstərilməsi və təşkili üçün ilk olaraq lazımı məlumatlar öyrədilir, daha sonra isə aktivlərlə təmin edilirlər.

Bu sahənin özünüməşğulluq proqramına daxil edilməsinin əsas səbəbi kənd turizminin inkişafı, yeni sahibkarlıq subyektlərinin yaradılması, əhalinin özünüməşğulluğunun təmin edilməsi və yerli icmaların rifahının yaxşılaşdırılmasıdır.

Özünüməşğulluq proqramı çərçivəsində təklif edilən biznes sahələri və avadanlıqların siyahısı ilə bu linkə daxil olaraq tanış ola bilərsiniz.

14 May 2022 11:25 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə