Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İstanbulda Türk Dövlətləri Təşkilatının media və informasiyadan məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 4-cü toplantısı keçirilir

İstanbulda Türk Dövlətlər Təşkilatının (TDT) media və informasiyadan məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 4-cü toplantısı keçirilir. AZƏRTAC xəbər verir ki, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin ev sahibliyi ilə baş tutan tədbir mayın 13-dən 15-dək davam edəcək.

Tədbirin rəsmi açılış hissəsi mayın 14-də baş tutacaq.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın videomesaj vasitəsilə müraciət edəcəyi toplantıda ölkəmiz Azərbaycan Respublikası Preziden­tinin köməkçisi - Prezident Administ­rasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyəti tərəfindən təmsil olunur.

Türkdilli dövlətlərin media və kom­munikasiya sahəsində əməkdaşlığını təkmilləşdirmək məqsədi daşıyan proqramın ilk günündə Media və İnformasiya Sahəsində Əməkdaşlıq üzrə İşçi Qrupun 9-cu iclası keçiriləcək.

Toplantı çərçivəsində TDT-yə üzv dövlətlər, Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və müşahidəçi üzv Macarıstan ilə Türkmənistanın dövlət rəsmiləri bir araya gələrək bu sahədə birgə araş­dırmalar və layihələr, eləcə də media və kommunikasiya üzrə əməkdaşlığın inkişafı ilə bağlı məsələləri müzakirə edəcəklər.

Proqram çərçivəsində “Türk dünyasında dövlət diplomatiyasının yüksələn gücü: serialı-film sektoru”, “Türk dünyasının rəqəmsal gələcəyi: Metaverse”, “Türk dünyasının gələcəyə ortaq baxışı işığında yayım sektorunda əməkdaşlıq imkanları”, “Həqiqətdən kənar dövrdə dezinfor­masiya ilə mübarizə” mövzularında panel iclasların keçirilməsi nəzərdə tutulur.

Proqrama rəsmi nümayəndə heyətləri ilə yanaşı, türk dünyasından media və kommunikasiya qurumları­nın rəhbərləri, ekspertlər, sənətçilər, sosial media fenomenləri, alimlər və iştirakçı ölkələrin müxtəlif təhsil müəssisələrinin kommunikasiya fakültələrinin tələbələri qatılacaqlar.

Tədbir son günündə sosial proq­ramlarla başa çatacaq.

13 May 2022 23:58 -

Köhnə versiyamızdan xəbərləri izlə