Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Beynəlxalq Enerji Agentliyinin Azərbaycanda neft hasilatı ilə bağlı proqnozu

 Beynəlxalq Enerji Agentliyi (BEA) Azərbaycanda neft hasilatının 2022-ci ildə 0,7 milyon barel/sutka təşkil edəcəyini proqnozlaşdırır.

 

Agentliyin hesabatına əsasən, 2022-ci ilin birinci rübündə Azərbaycanda neft ha­silatı 0,7 milyon barel/sutka təşkil edib. Bu ilin ikinci və üçüncü rüblərində 0,69 milyon barel/sutka, dördüncü rübdə 0,7 milyon barel/sutka hasilat proqnozlaşdırılır.

Hesabatda qeyd olunub ki, 2021-ci ilin birinci rübündə Azərbaycanda neft hasilatı 0,7 milyon barel/sutka, ikinci rübündə 0,69 milyon barel/sutka, üçüncü və dördüncü rübündə 0,71 milyon barel/sutka təşkil edib.

2022-ci ilin aprelində Azərbaycanda neft hasilatı kondensat nəzərə alınmadan 0,58 milyon barel/sutka təşkil edib. Bu göstərici mart ayı ilə müqayisədə dəyişməz qalıb.

Qeyd olunur ki, aprel ayında Azərbaycan OPEC+ sazişinin icra olunmasını 376 faiz yerinə yetirib.

“Xalq qəzeti”

13 May 2022 23:53 -

Köhnə versiyamızdan xəbərləri izlə