Ən son xəbərlər
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda jurnalistlərə açıqlamasında bildirib ki, İsveç və Finlandiyanın NATO-ya üzvlüyü məsələsinə müsbət yanaşmırıq.
Rəcəb Tayyib Ərdoğan deyib: “Biz hazırda İsveç və Finlandiya ilə bağlı prosesləri izləyirik. Amma bununla bağlı müsbət düşüncə içində deyilik. Təəssüf ki, bu ölkələr terror təşkilatlarının bir növ qonaq evi kimidir.
PKK İsveçdədir, DHKP-C İsveçdədir. Niderlandda qərargahları var. Hətta o ölkələrdə parlamentlərdə də təmsil olunurlar. Ona görə də bu məsələyə müsbət baxmağımız mümkün deyil”.
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə