Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr tarixi, mədəni birlik üzərində qurulub

 

Azərbaycan və Türkiyə üçün əsas qardaşlıq prinsipi Mustafa Kamal Atatür­kün “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir” və ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamlarıdır. Bizim müttəfiqliyimiz bu anlayışlar əsasında qurulub.

Bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı “Şuşa Bəyannaməsi və Azərbaycan–Türkiyə diplomatik münasibətlərinin 30-cu ildönümü” adlı konfransda söyləyib.

Diplomat Azərbaycan ilə Türkiyə arasında əlaqələrin 30 il əvvəl yaradılma­dığını, daha əvvəlki tarixlərə söykəndiyini diqqətə çatdırıb. C.Bağcı iki ölkə arasın­dakı əlaqələrin tarixi, mədəni birlik üzərinə qurulduğunu vurğulayıb.

“Xalq qəzeti”

14 May 2022 00:50 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə