Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qarabağ müharibəsi qazilərinə diqqət və qayğı davamlıdır

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında 2021-ci il üçün “İlin peşəkar gənci adına layiq görülmüş gənclərə diplom, döş nişanı və vəsiqələrin təqdim edilməsi mərasimi keçirilib.

AHİK sədri, Milli məclisin deputatı Səttar Möhba­lıyev müsabiqə qalibi ol­muş gənclərclərlə görüşdə bildirib ki, İkinci Qarabağ müharibəsindəki tarixi qələbə igid şəhidlərimizin və qazilərimizin canı, qanı bahası­na savaş meydanında qazanı­lıb. Azərbaycan dövləti Vətən müharibəsində şəhid olmuş döyüşçülərimizin ailə üzvlərinə, qazi və hərbçilərimizə dərin eh­tiramla diqqət və qayğı göstərir.

Hərbi qulluqçuların və şəhid ailələrinin sosial müdafiəsi və onların rifahının yaxşılaşdırılması daim dövlət siyasətinin əsas tərkib hissəsi olub. Bu istiqamətdə geniş dövlət dəstəyi mexanizmləri formalaşdırılıb, onlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunub və bu qayğı sistemli xarak­ter daşımaqdadır. Ölkəmizin ictimai təşkilatları, o cümlədən Azərbaycan həmkarlar itti­faqları da dövlətimizin bu cür nəcib missiyalarını hər zaman dəstəkləyir, şəhid ailələrinə, qazilərə, müharibə veteranları­na xüsusi qayğı ilə yanaşır.

Sonra “İlin peşəkar gənci” fəxri adına layiq görülmüş 59 nəfər istedadlı gəncə AHİK-in Fəxri diplomu, döş nişanı və vəsiqəsi təqdim olunub. Müka­fatlandırılan gənclərin 12-si 44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıqlar göstərərək orden və medallarla təltif edilmiş qazi və veteran oğullarımızdır.

* * *

AHİK sədri Səttar Möh­balıyev və onun müavini, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İtti­faqı Respublika Komitəsinin sədri Hikmət Osmanov Birinci Qarabağ müharibəsi zamanı Ağdam və Füzulidə yüksək peşəkarlıqla vuruş­muş, döyüşlərin birində görmə qabiliyyətini itirmiş, göstərdiyi hünərə görə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmiş qazi Fikrət İsayevi mənzilində ziyarət ediblər.

Görüş zamanı AHİK sədri Səttar Möhbalıyev bildirib ki, 44 günlük Vətən müharibəsində yenilməz Azərbaycan Ordusu­nun qəhrəmanlığı, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli siyasəti ermənilərin və havadarlarının bölgədəki siyasətini iflasa uğratdı. Azərbaycan Qələbə qazandı və tarixi ədalət bərpa olundu. Azərbaycan xalqı mübariz oğul və qız­larının şücaətini hər zaman yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Qarabağ müharibəsi iştirak­çılarının sosial məsələlərinin həlli istiqamətində görülmüş işlər sübut edir ki, dövlət də öz əsgərinin yanındadır. Şəhidlərin ailələrinə və qazilərə mənzillər, avtomobillər verilir, onların rahatlığı üçün davamlı olaraq hər cür şərait yaradılır.

Göstərilən diqqət və qay­ğıya, davamlı dövlət dəstəyinə görə dərin razılığını bildirən Fikrət İsayev qeyd edib ki, cəmiyyətimizdə şəhid ailələrinə və qazilərə ən ali səviyyədə münasibət formalaşıb. Bunun üçün o, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib.

R.TAHİR,“Xalq qəzeti”

14 May 2022 00:44 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə