Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Beynəlxalq reytinq agentlikləri iqtisadiyyatın şaxələndirilməsi siyasətini dəstəkləyir

Prezident İlham Əliyev son illərdə sosial-iqtisadi çağırışları nəzərə alaraq ölkədə islahatları daha da sürətləndirməyi zəruri sayıb. Bu islahatlar məzmununa görə məqsədyönlü və konkret strateji hədəfə hesablanıb. Genişmiqyaslı yenilənmələr respublikada yüksək dayanıqlı və inklüziv iqtisadi artımın təmin edilməsi, iqtisadiyyatın daha da şaxələnməsi, özəl investisiyala­rın və təşəbbüslərin yüksək səviyyədə təşviqi üçün əlverişli zəmin yaradıb.

Yeri gəlmişkən, biznes və investisiya mühi­tinin davamlı olaraq yaxşılaşdırılması, qanun­vericilik bazasının təkmilləşdirilməsi, sahibkar-dövlət, hökumət-biznes münasibətlərinin inkişaf etdirilməsi kimi məqsədyönlü tədbirlərin həyata keçirilməsi nəticəsində 2003-cü ildən indiyədək Azərbaycan iqtisadiyyatı 3,4 dəfə, sənaye 3,7 dəfə, kənd təsərrüfatı 2 dəfə, xarici ticarət dövriyyəsi 6,8 dəfə artıb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində görülən ardıcıl tədbirlər nəticəsində iqtisadiyya­tın neft-qaz amilindən asılılığı getdikcə azalıb. Son illər dünyaya özünün yeni inkişaf modelini təqdim etməyi bacaran Azərbaycanda iqtisa­diyyatın şaxələndirilməsi ilbəil sürətlənib. Bu da respublikamızda qeyri-neft sahələrinin inkişafı­na müsbət təsir göstərib.

Azərbaycanın sosial-iqtisadi sahələrdə əldə etdiyi uğurlar, rəqabətədavamlı, innovativ iqtisadi sistemin formalaşdırılması istiqamətində atılan ardıcıl addımlar dünyanın aparıcı iqtisadi-maliyyə institutlarının, iqtisadi azadlıq səviyyəsini tədqiq edən mərkəzlərin diqqətindən də kənarda qalmır və yüksək qiymətləndirilir.

Beynəlxalq reytinq agentliklərinin proq­nozları təsdiqləyir ki, Azərbaycan artıq iqtisadi cəhətdən azad ölkədir. Respublikada əlverişli biznes, investisiya mühiti mövcuddur. Eyni zamanda, hökumət vergi gəlirlərində və kapital xərclərində, habelə milli valyutanın məzənnəsi ilə bağlı təsirli nizamlayıcı addımlar atmaqla mövcud valyuta ehtiyatlarının azalmasının qarşısını alır. Bu isə liberal iqtisadi islahatların, düşünülən, elmi əsaslara malik inkişaf kon­sepsiyasının həyata keçirilməsi, siyasi iradə nəticəsində mümkün olur və bütün bunlar isə dövlətimizin dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə çatmaq əzmindən, Azərbaycanın uğurlu gələcəyindən xəbər verir.

Fikrimizin təsdiqi üçün Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycan iqtisadiyyatı üzrə proqnozu­na diqqət yetirək. Belə ki, AYİB-nin yaydığı məlumatda bu il ölkə iqtisadiyyatının 5 faiz ar­tacağının gözlənildiyi bildirilir ki, bu da ötən ilin noyabr ayında verilən proqnozla müqayisədə 1,8 faiz bəndi çoxdur. 2023-cü il üçün isə 2,5 faizlik artım vəd edilir.

Asiya İnkişaf Bankı (AİB) da bu il Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) artım tempinin 3,7 faiz olacağını proqnozlaşdı­rır. Bu barədə AİB-in yenilənmiş “Asiyanın İnki­şaf Perspektivləri: 2022” hesabatında bildirilir.

Sənədə əsasən, gələn il Azərbaycan iqtisadiyyatının 2,8 faiz böyüyəcəyi gözlənilir. Azərbaycan hökuməti isə 2022-ci il üçün ÜDM-nin artımını 3,9 faiz, 2023-cü il üçün 5,1 faiz səviyyəsində proqnozlaşdırır.

“Fitch” beynəlxalq reytinq agentliyi Azərbaycanın xarici valyutada uzunmüddətli reytinqini (IDR) “BB+” səviyyəsində təsdiqləməsi də bunun bariz ifadəsidir.

“Sabit proqnoz makro-iqtisadi siyasət çərçivəsinin əhəmiyyətli dərəcədə gücləndirilməsi və iqtisadiyyatın şaxələndirilməsini sürətləndirmək üçün struk­tur islahatları həyata keçirilməsi kimi amillərlə birlikdə, Azərbaycanın xarici və daxili dövlət maliyyəsinin daha da artmasında yüksək enerji qiymətlərinin faydasını tarazlaşdırır. Rusiya-Uk­rayna müharibəsi ilə bağlı ticari riskin və möv­cud idxalat kəsintilərinin inflyasiyaya təzyiqləri orta səviyyədədir”, - deyə agentlik bəyan edib.

Göründüyü kimi, respublikada sosial-iqtisadi nailiyyətlərin davamlılığı və dayanıqlı inkişafı həm beynəlxalq maliyyə qurumları, həm də böyük şirkətlər, investorlar tərəfindən yüksək dəyərləndirilib. Təsadüfi deyildir ki, dünyada yaşanan ən ağır maliyyə və iqtisadi böhranı şəraitində belə Prezident İlham Əliyevin çevik, praqmatik siyasəti sayəsində Azərbaycan xarici iqtisadi təsirləri neytrallaşdırıb, nəzərdə tutulan bütün sosial-iqtisadi proqramlar tam icra edilib, iqtisadiyyatımız artıb. Bütün bunlara nail olunmasında isə iqtisadiyyatın şaxələndirilməsi, neftdən asılılığın minimuma endirilməsi, sahib­karlıq fəaliyyətinin genişləndirilməsi tədbirləri xüsusi önəm kəsb edib.

“Xalq qəzeti”

14 May 2022 00:30 - İQTİSADİYYAT
İQTİSADİYYAT
19 May 2022 | 10:26
Neft bahalaşıb
18 May 2022 | 09:34
Neft bahalaşdı
18 May 2022 | 09:25
Valyuta məzənnələri

Köhnə versiyamızdan xəbərləri izlə