Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası aşağıdakı kafedralarda vakant vəzifələri tutmaq üçün MÜSABİQƏ ELAN EDİR

1. “Politologiya və siyasi idarəetmə” kafedrası – professor, 1 yer

2. “İqtisadiyyatın dövlət tənzimlənməsi” kafedrası – dosent, 2 yer

3. “Dillər” kafedrası - dosent, 1 yer

Müsabiqədə bu istiqamətlər üzrə professor vəzifəsini tutmaq üçün elmlər doktoru, dosent vəzifəsini tutmaq üçün isə elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi olan şəxslər iştirak edə bilərlər. Sənədləri elan dərc olunan gündən bir ay müddətində təqdim etmək lazımdır. Müsabiqədə iştirak etmək istəyənlər sənədlərini mövcud əsasnaməyə müvafiq olaraq rektorun adına yazılmış ərizə ilə birlikdə aşağıdakı ünvana və ya [email protected] elektron poçtuna təqdim etməlidirlər.

Ünvan - Bakı şəhəri, Lermontov küçəsi 74, 4 nömrəli otaq, telefon - 492-76-03.

 

14 May 2022 00:12 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
28 May 2022 | 04:15
Çiyələk Festivalı

Köhnə versiyamızdan xəbərləri izlə