Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Tehran Beynəlxalq Kitab Sərgisində təmsil olunur

İran İslam Respublikasının Tehran şəhərində 33-cü Beynəlxalq Kitab Sərgisinin açılış mərasimi olub. Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildiirlib ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı və İrandakı səfirliyimizin dəstəyilə Azərbaycan da Tehran Beynəlxalq Kitab Sərgisində iştirak edir. Nəşriyyat-poliqrafiya müəssisələri, kitab mağazaları, dövlət qurum­ları və səfirliklər də daxil olmaqla sərgidə 13 ölkədən 1700 iştirakçı təmsil olunur.

Azərbaycan stendində ölkəmizin mədəniyyətinə, tarixinə, ədəbiyyatına, incəsənətinə, coğrafiyasına dair 250-dən çox kitab sərgilənir, eyni zamanda, Qarabağ, Vətən müharibəsi və böyük Azərbaycan şairi Nizami Gəncəvi haqqında yeni çap olunmuş nəşrlər nü­mayiş etdirilir. Xüsusi tərtibatı olan “Şuşa” kitabı və “Nizami Gəncəvi. Xəmsə” nəşri ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.

Nazirliyin kitab sənayesi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Akif Marifli və əməkdaşı İslam Hüseynov tərəfindən gün ərzində Azərbaycan stendinə yaxınlaşan ziyarətçilərə ölkəmizin mədəniyyəti və ədəbiyyatı haqqında, Qarabağ həqiqətləri barədə, o cümlədən mədəniyyət paytaxtımız Şuşa şəhəri ilə bağlı geniş məlumat verilib.

Azərbaycan nümayəndə heyətinin rəhbəri Akif Marifli sərgi zamanı İranın müxtəlif televiziya kanallarına və kütləvi informasiya vasitələrinə milli stendimiz və iki ölkə arasın­dakı mədəni əlaqələrin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər barədə müsahibə verib.

Sərgi mayın 21-dək davam edəcək.

M.MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”

13 May 2022 23:50 -

Köhnə versiyamızdan xəbərləri izlə