Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ən çox Messi qazanır

Fransanın PSJ klubunun və Argentina millisinin futbolçusu Lionel Messi “Forbes” jurnalının versiyasına görə dünyanın ən çox qazanan idmançıla­rının siyahısına baş­çılıq edir. Bildirilir ki, “Barselona”nın sabiq hücumçusu son bir ildə 130 milyon dollar qazanıb. Bunun 75 milyonu maaşından gələn gəlir, 55 milyon dolları isə sponsorlardan əldə edilən qazancdır. Reytinqdə ikinci yeri ABŞ Milli Basketbol Assosiasiyasının “Los-Anceles Ley­kers” klubunun forvardı 34 yaşlı amerikalı Lebron Ceyms (121,2 milyon dollar) tutub. Üçüncü pillədə isə 115 milyon dollarla İngiltərənin “Mançester Yunayted” klubunun portu­qaliyalı futbolçusu Kriştiano Ronaldo qərarlaşıb.

Xəbəri Futbolhd verib.

  Elçin ABBASOV, “Xalq qəzeti”

13 May 2022 23:03 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
28 May 2022 | 02:25
Xarici xəbərlər

Köhnə versiyamızdan xəbərləri izlə