Ən son xəbərlər
Rusiya Ukrayna müharibəsi fonunda dünyanın 100-dək iri kompaniyası Moskvanı tərk edib. Bu dəfə isə Almaniyanın “Siemens” konserni ölkədəki fəaliyyətini dayandırmağı qərara alıb. Bunu şirkətin baş direktoru Roland Buş açıqlayıb. Onun sözlərinə görə, konsern Rusiyanın Ukraynaya qarşı təcavüzünü qınayan beynəlxalq ictimaiyyətə qoşulur və diqqətini humanitar yardım göstərilməsinə yönəldir. “Siemens” kompaniyasının Rusiyadakı müəssisələrində 3 minə yaxın insan işləyirdi.
Məlumatı “Reuters” yayıb.
Elçin ABBASOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə