Ən son xəbərlər
Rusiyanın Bryansk vilayətinə gələn qasırğa həyatı iflic edib. Vilayətin 230 yaşayış məntəqəsinə ciddi ziyan dəyib. Küləyin sürəti saniyədə 27 metrə çatıb. Güclü və aramsız yağış fəsadlar törədib.
Qasırğa onlarca ağacı, elektrik dirəklərini aşırıb. Evlərin dam örtüklərini qoparıb. Onlarca avtomobilin üzərinə ağaclar və elektrik dirəkləri aşıb. Qasırğa nəticəsində xəsarət alanlar var. 226 yaşayış məntəqəsi işıqsız qalıb.
“RİA Novosti”nin məlumatına görə, təbii fəlakət zonasına min nəfərdən çox xilasedici və 300 ədəd texnika cəlb edilib.
Qəzənfər QASIMOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə