Ən son xəbərlər
Rusiya Ukrayna müharibəsi başlayandan bəri Ukraynanı tərk edərək qonşu ölkələrə üz tutan qaçqınların sayı 6 milyon nəfəri ötüb. “Reuters” agentliyinin yaydığı məlumata görə, bunu Avropa Xarici Sərhədlərin Mühafizəsi Agentliyi (Frontex) məlumat yayıb.
Mənbə yazır ki, bu barədə “Frontex”in məlumatında deyilir: “Ukraynanı 6 milyondan çox qaçqın tərk edib. Onlardan 3 milyondan çoxu Polşaya və bir milyondan çoxu Moldovaya gəlib”.
Bundan başqa, “Frontex” rəsmiləri bildirirlər ki, Ukraynanı tərk edən vətəndaşların sayı son vaxtlar bir neçə dəfə azalıb. Əgər müharibənin ilk 10 günündə Avropa İttifaqının sərhədlərini hər gün 125 min nəfər keçirdisə, hazırda bu göstərici 34 min nəfərədək azalıb.
Həmçinin son 10 gün ərzində Aİ ölkələrindən Ukraynaya gündə orta hesabla 25 min nəfər gəlib. Ümumilikdə, fevralın 24- dən Ukraynaya gələn bu ölkə vətəndaşlarının sayı bir milyona yaxınlaşıb.
Elçin ABBASOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə