Ən son xəbərlər
Avropada koronavirusa qarşı məhdudiyyətlərin tədricən aradan qaldırılmasına baxmayaraq, koronavirusa yoluxmanın fəsadlarından ölənlərin sayı 2 milyon nəfəri keçib. “Euronews” agentliyinin məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) açıqlayıb.
Bildirilib ki, 53 ölkəni və Atlantikdən Sakit okeana qədər geniş ərazini əhatə edən təşkilatın Avropa regionunda 2 milyondan çox insan ölümsaçan virusun qurbanı olub, 218 milyondan çox yoluxma halı aşkarlanıb.
Bundan başqa, agentlik yazır ki, koronavirus infeksiyasından ən çox ölüm halı ABŞ-da qeydə alınıb, burada ölüm sayı bir milyonu keçib.
Rövşən TOĞRUL, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə