Ən son xəbərlər
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olan məlumata əsasən, paytaxtın Yasamal rayonunda bir nəfər beşmərtəbəli yataqxana binasının dördüncü mərtəbəsinin eyvanına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.
Nazirliyin mətbuat xidmətindən "Xalq qəzeti"nə verilən məlumata görə, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.
Köhnə versiyamızdan xəbərləri izlə