Ən son xəbərlər
Dövlət İmtahan Mərkəzinin (DİM) nəzdində fəaliyyət göstərən e-psixoloq.az internet portalı üzərindən psixoloji konsultasiyalar artıq aktivdir.
DİM-dən verilən məlumata görə, psixoloji konsultasiyaya ehtiyacı olan hər kəs sayt üzərindən qeydiyyatdan keçərək psixoloq qəbuluna yazıla bilər.
Burada psixoloqlar tərəfindən aşağıdakı istiqamətlərdə konsultasiyalar təklif olunur:
-İmtahan iştirakçıları və onların yaxınları üçün imtahan öncəsi dəstək;
-İmtahan iştirakçıları və onların yaxınları üçün imtahan sonrası dəstək;
-Abituriyentlər üçün peşə seçimi;
-Uşaq-valideyn münasibətləri;
-Məktəbəqədər yaşlılar, uşaqlar və yeniyetmələr üçün psixoloji konsultasiyalar.
DİM nəzərə çatdırır ki, həftəiçi beş gün (bazar ertəsi – cümə) saat 09:00-dan 17:00-dək e-psixoloq.az saytının canlı söhbət pəncərəsinə müraciət etmək olar.
Köhnə versiyamızdan xəbərləri izlə