Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qanunsuz ağackəsmə faktları ilə bağlı beş cinayət işi başlanılıb

Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən ətraf mühitin qorunması sahəsində hüquqpozmaların qarşısının alınması, aşkarlanması və araşdırılması sahəsində aidiyyəti səlahiyyətli qurumlarla birgə fəaliyyəti davam etdirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən Lənkəran, Cəlilabad, İsmayıllı, Qax və Zaqatala rayonlarının ərazilərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə aparılmış araşdırma nəticəsində beş cinayət işi başlanılıb.

Dövlət və bələdiyyə torpaqlarında, həmçinin ağackəsmənin icazə verilmədiyi ərazilərdə meşə fonduna daxil olmayan və meşə fonduna aid olan ağacların kəsilməsi nəticəsində ümumilikdə 72 min manat ziyan dəyib. Qanunsuz ağackəsmə hallarının aidiyyəti vəzifəli şəxslərin yaşıllıqların mühafizəsi sahəsində üzərilərinə düşən vəzifələrin icrasına səhlənkar yanaşması müəyyən edilib.

Cinayət işləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci, 259.2.4-cü və 314.1-ci maddəsi ilə başlanılaraq istintaqın aparılması üçün rayon aidiyyəti üzrə rayon prokurorluqlarına göndərilib.

13 May 2022 12:41 - EKOLOGİYA
EKOLOGİYA
1 İyul 2022 | 17:55
Sabaha olan hava PROQNOZU
30 İyun 2022 | 17:57
Sabahın HAVA PROQNOZU

Köhnə versiyamızdan xəbərləri izlə