Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan boksçuları Avropa birinciliyinin hazırlığına başlayıb

Yeniyetmə boksçulardan ibarət Azərbaycan milli komandası Avropa birinciliyinin hazırlıqlarına start verib.

Boks Federasiyasından verilən məlumata görə, komandamız təlim-məşq toplanışını baş məşqçi Vaqif Kazımov, məşqçilər Ağası Məmmədov və Teymur Məmmədovun rəhbərliyi altında Bakı Boks Mərkəzində keçir.

Gündə iki dəfə fiziki, taktiki-texniki hazırlıq olacaq. Boksçularımız toplanışın ilk mərhələsini mayın 18-də başa vuracaqlar. Milli komanda ardınca Özbəkistana yollanacaq. Yığma üzvləri mayın 20-24-də Fərqanə şəhərində təşkil olunacaq beynəlxalq turnirdə qüvvəsini sınayacaq.

Yığma Avropa birinciliyinə kimi daha bir neçə beynəlxalq turnirdə iştirakı planlaşdırılır.

Qeyd edək ki, yeniyetmələr arasında Avropa çempionatı sentyabrın 23-dən oktyabrın 2-dək İtaliyanın Montesilvano şəhərində olacaq.

13 May 2022 10:18 - İDMAN
İDMAN

Köhnə versiyamızdan xəbərləri izlə