Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 183 Bakı şəhəri, 12 may 2022-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiya­sının 119-cu maddəsinin səkkizinci abza­sını rəhbər tutaraq, Azərbaycan Respubli­kasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı (Azərbaycan Respubli­kasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2164; 2018, № 3, maddə 586, № 9, maddə 1904, № 10, maddə 2169, № 11, maddə 2427; 2019, № 1, maddə 148, № 2, maddə 332, № 4, maddələr 747, 748, 759, № 5, maddə 939, № 7, maddələr 1314, 1323, № 8, maddə 1473, № 12, maddələr 2047, 2055, 2061; 2020, № 1, maddə 84, № 2, maddələr 185, 195, 219, № 3, maddələr 345, 375, № 4, maddə 488, № 8, maddə 1130, № 10, maddə 1267; 2021, № 1, maddə 94, № 2, maddə 201, № 3, maddə 271, № 4, maddələr 392, 422, № 9, maddə 1053, № 10, maddə 1172, № 12, maddələr 1516, 1519, 1536, 1541; 2022, № 1, maddə 83; Azərbaycan Respublikası Nazirlər Kabi­netinin 2022-ci il 14 mart tarixli 80 nömrəli, 19 mart tarixli 104 nömrəli və 7 aprel tarixli 147 nömrəli qərarları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal göm­rük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2102 10 100 0, 2102 10 310 0, 2102 10 390 0, 2102 10 9000, 2102 20 110 0, 2102 20 190 0, 2102 20 900 0, 2102 30 000 0, 2309901000, 2309 90 200 0, 2309 90 310 0, 2309 90 330 0, 2309 903500, 2309903900, 2309 90 410 0, 2309 90 430 0, 2309 90 490 0, 2309 90 510 0, 2309 905300, 2309 90 590 0, 2309 90 700 0, 2309 90 910 0, 2309 90 960 0, 3302 109000 və 3507 90 900 0 alt yarımmövqelərinə aid sətirlərin “Tarif dərəcəsi (gömrük dəyərinə görə %-lə və ya ölçü vahidinə görə ABŞ dolları ilə)” sütununda “15” rəqəmləri “0” rəqəmi ilə əvəz edilsin;

1.2. 1209 91 800 0 və 2301 20 000 0 alt yarımmövqelərinə aid sətirlərin “Tarif dərəcəsi (gömrük dəyərinə görə %-lə və ya ölçü vahidinə görə ABŞ dolları ilə)” sütununda “5” rəqəmi “0” rəqəmi ilə əvəz edilsin.

2. Bu Qərar 2022-ci il dekabrın 31-dək qüvvədədir.

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə