Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

TƏBİB Almaniyanın tanınmış tibb mərkəzi ilə əməkdaşlığa başlayır

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov Almaniyanın Haydelberq Universitetinin Mannhaym Tibb Mərkəzinin Cərrahiyyə Klinikasının rəhbəri, professor Kristof Raysfelder və klinikanın cərrahı Vüqar Yaqublu ilə görüşüb.

TƏBİB-dən verilən xəbərə görə, görüşdə birgə təcrübə mübadiləsi, tibbi personalın bilik və bacarıqlarının artırılma­sı üçün təlimlərin təşkili, tibb işçilərinin tədqiqatlara cəlb olunması, Almaniya təcrübəsinə əsasən, müasir səhiyyə modelinin yaradılma­sında qarşılıqlı əməkdaşlıq, rezidentura təhsili, ağır cərrahi əməliyyatlardan sonra xəstələrin erkən tibbi reabili­tasiyası (ERAS – Enhanced Recovery After Surgery) və s. kimi məsələlər müzakirə olunub.

Vüqar Qurbanov görüşdə vətəndaşların keyfiyyətli tibbi xidmətə əlçatanlılığının təmin edilməsi məqsədilə dövlət xəstəxanalarında çalışan tibb işçilərinin səhiyyəsi inkişaf etmiş ölkələrdə təcrübə keçməsinə cəlb edilmələrinin əsas prioritetlərdən biri oldu­ğunu bildirib.

V.Qurbanov ilkin səhiyyə xidmətinin inkişaf etdirilməsi istiqamətində Avropa ölkələrinin, xüsusilə Almaniyanın təcrübəsinin öyrənilməsinin önəmini vurğulayıb. O, eyni zamanda, xaricdə təhsil almış azərbaycanlı həkimlərin ölkə səhiyyəsinə cəlb olunması istiqamətində də işlər görül­düyünü bildirib.

Kristof Raysfelder rəhbərlik etdiyi klinikanın TƏBİB-in tabeliyindəki Yeni Klinika ilə əməkdaşlıq edə biləcəyini qeyd edib, təcrübə mübadilələrinin mümkün perspektivləri ətrafında danışıb.

Daha sonra tərəflər ara­sında qarşılıqlı əməkdaşlıq imkanları barədə geniş fikir mübadiləsi aparılıb.

Sonda gələcək əməkdaşlıq istiqamətində atılacaq addımlar müəyyənləşdirilib.

Qeyd edək ki, Haydelberq Universiteti Almaniyanın Hay­delberq şəhərində yerləşir. 1386-cı ildə yaradılan bu ali təhsil müəssisəsi Almaniyada ən qədim universitetdir.

11 May 2022 23:59 - SƏHİYYƏ
SƏHİYYƏ
7 İyul 2022 | 00:04
Dejavü xəstəlik deyil
5 İyul 2022 | 09:00
Günvurmanın fəsadları

Köhnə versiyamızdan xəbərləri izlə