Ən son xəbərlər
№ 181 Bakı şəhəri, 7 may 2022-ci il
“Bələdiyyələrin yazılı və ya elektron sorğuları əsasında daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarının verilməsi qaydası və bununla bağlı ödənişin miqdarı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 26 sentyabr tarixli 417 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Bələdiyyələrin yazılı və ya elektron sorğuları əsasında daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarının verilməsi qaydası və bununla bağlı ödənişin miqdarı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 26 sentyabr tarixli 417 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu 2018, № 9, maddə 1945) aşağıdakı dəyişikliklər edilsin:
1. İkinci abzas 1-ci hissə hesab edilsin və aşağıdakı məzmunda 2-ci hissə əlavə edilsin:
“2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.”.
2. Həmin Qərarla təsdiq edilmiş “Bələdiyyələrin yazılı və ya elektron sorğuları əsasında daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarının verilməsi qaydası və bununla bağlı ödənişin miqdarı” üzrə:
2.1. 2.1.2-ci yarımbənddə “fiziki şəxslərin torpaq və əmlak vergisinin” sözləri və 3.1-ci bənddə “Fiziki şəxslərin əmlak və torpaq vergisinin” sözləri “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisinin və həmin Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulan halda fiziki şəxslərin əmlak vergisinin” sözləri ilə əvəz edilsin;
2.2. “Qeyd” hissəsi ləğv edilsin.
Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş naziri
Köhnə versiyamızdan xəbərləri izlə