Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AMEA 2018-ci il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2018-ci il tarixli, 774s nömrəli sərəncamı ilə təsdiq olunmuş Plana əsasən 2018-ci il üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya qəbul elan edir.

www.science.gov.az saytı yazır ki, fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya sənədlər 2018-ci il dekabrın 4-dən dekabrın 24-ü saat 17:00-dək hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) qəbul ediləcək.

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan, tibbi təhsildə isə həkim və həkim-mütəxəssis) Azərbaycan Respublikasının vətəndaşları müsabiqə yolu ilə qəbul olunurlar.

Əlavə məlumat üçün AMEA-nın Elm və təhsil baş idarəsinin Doktorantura şöbəsinə  müraciət etmək olar.

Əlaqə telefonları:  (+994 12) 539 30 60, 492 84 48

E-mail: [email protected]

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

4 Dekabr 2018 17:33 - ELM
ELM

Köhnə versiyamızdan xəbərləri izlə