Ən son xəbərlər
Cari il ərzində Azərbaycandakı 35 seysmotelemetrik stansiya vasitəsi ilə 7000-ə yaxın zəlzələ qeydə alınıb.
Trend-in məlumatına görə, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində il ərzində aparılan elmi və elmi-istehsalat işlərinin nəticələrinə dair şöbələr üzrə hesabatların təqdimatında qeyd olunub.
Həmin zəlzələlərdən 4000-ə yaxını Azərbaycan və ona bitişik ərazilər, 3000 -ə yaxını isə uzaq zəlzələlərdir. Azərbaycan ərazisində 3346 zəlzələ qeydə alınıb ki, onlardan ən güclüsü iyun ayında Zaqatalada baş verən maqnitudası 5.5 olan zəlzələ olub. Bu zəlzələ episentrdə 6 bal, ətraf ərazilərdə 3-4 bal gücündə hiss olunub. Hesabatlarda həmçinin il ərzində respublika ərazisində seysmik aktivlik, zəlzələ ocaqlarının vəziyyəti, baş verən zəlzələlərin mexanizmləri və s. kimi məsələlər haqqında ətraflı məlumatlar verilib.
Köhnə versiyamızdan xəbərləri izlə