Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Biznes Universiteti aşağıda qeyd olunan vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir:

 

 

1. “İqtisadi nəzəriyyə” kafedrasının müdiri – 1 yer.

2. “Biznesin təşkili və bələdiyyə idarəetməsi” kafedrasının müdiri – 1 yer.

3. “Dillər” kafedrasının müdiri – 1 yer.

4. “Humanitar elmlər ” kafedrasının müdiri – 1 yer.

5. “Mühasibat uçotu və audit” kafedra­sının müdiri – 1 yer.

6. “Menecment və marketinq” kafedra­sının müdiri – 1 yer.

7. “Maliyyə” kafedrasının müdiri – 1 yer.

8. “Ali riyaziyyat və texniki fənlər” ka­fedrasının müdiri – 1 yer.

9. “İqtisadiyyat və idarəetmə ” fakültəsinin dekanı – 1 yer.

10. “Biznes və menecment” fakültəsinin dekanı – 1 yer.

Müsabiqədə iştirak etmək istəyən namizədlərin sənədləri bu elan dərc olunan gündən bir ay müddətində (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10.00-dan 17.00-dək Bakı Biznes Universitetinin “İnsan resursları” şöbəsində (ümumi şöbə) qəbul edilir.

Namizəd aşağıdakı sənədləri təqdim etməlidir:

– ərizə;

– kadrlar uçotunun şəxsi vərəqəsi;

– tərcümeyi-hal;

– ali təhsil, elmi dərəcə və elmi ad haqqında sənədlərin notarial qaydada təsdiq edilmiş surətləri;

– elmi və elmi-metodiki işlərin siyahısı;

– kafedra müdiri və fakültə dekanının müvafiq struktur bölmənin inkişafı ilə bağlı 3-5 səhifədən ibarət platforması.

Müsabiqə aşağıdakı ümumi şərtlər əsasında aparılır:

1. Kafedra müdiri və dekan vəzifələrinə kafedrada və fakültədə kadr hazırlığı aparılan ixtisaslara uyğun namizədlər müraciət edə bilərlər.

2. Namizədlərin elmi dərəcə və elmi adları (elmlər doktoru və ya elmlər namizədi (fəlsəfə doktoru) elmi dərəcəsi və professor, dosent elmi adı) olmalıdır.

3. “Dillər kafedrası”nın müdiri vəzifəsinə müraciət edən namizədlər üçün əlavə olaraq IELTS (minimum score 7+) və yaxud TOEFL (score 94+) dərəcəsi tələb olunur.

Rektorluq

7 May 2022 00:29 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN

Köhnə versiyamızdan xəbərləri izlə