Ən son xəbərlər
“Xətai-Rabitə-Tikinti” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı 20 iyun 2022-ci il saat 14.00-da, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 10 nömrəli ünvanda yerləşən inzibati binada aşağıdakı gündəlikdə keçiriləcəkdir:
1. “Xətai-Rabitə-Tikinti” ASC-nin nizamnaməsinin yeni redaksiyada təsdiq edilməsi.
2. “Xətai-Rabitə-Tikinti” ASC-nin icra orqanının və direktorlar (müşahidə) şurasının üzvlərinin seçilməsi.
3. “Xətai-Rabitə-Tikinti” ASC-nin 2021-ci maliyyə ili üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin təsdiq olunması.
4. Digər məsələlər.
Səhmdarlar ümumi yığıncağın gündəliyi üzrə materiallarla iş günləri saat 10.00-dan 18.00-dək, səhmdar cəmiyyətin Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 10 nömrəli ünvanda yerləşən inzibati binasında səhmdar cəmiyyətin idarə heyətinə müraciət etməklə tanış ola bilərlər.
Yığıncaqda iştirak etmək vacibdir.
Ünvan – Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 10.
Direktorlar (müşahidə) şurası
Köhnə versiyamızdan xəbərləri izlə