Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 180 Bakı şəhəri, 5 may 2022-ci il

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 10 sentyabr tarixli 256 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı”nda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 10 sentyabr tarixli 256 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Top­lusu, 2021, № 9, maddə 1056) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 13-1-ci, 13-2-ci, 17-1-ci və 17-2-ci hissələr əlavə edilsin:

“13-1. Eyvazlı dövlət sərhədindən buraxı­lış məntəqəsi - Qubadlı rayonu (Eyvazlı kəndi), Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında.

13-2. Qazançı dövlət sərhədindən buraxılış məntəqəsi - Zəngilan rayonu (Qazançı kəndi), Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında.

17-1. Füzuli Beynəlxalq Hava Limanında dövlət sərhədindən buraxılış məntəqəsi (Füzuli rayonu, Mirzəcamallı kəndi).

17-2. Zaqatala Beynəlxalq Hava Limanında dövlət sərhədindən buraxılış məntəqəsi (Zaqatala rayonu, Muxax kəndi).

2. 14-17-ci hissələrdə və “Naxçıvan Muxtar Respublikası üzrə” 5-ci hissədə “Aeroportunda” sözü “Hava Limanında” sözləri ilə əvəz edilsin.

3. “Liman məntəqələri üzrə” 2-ci hissədə “Nobel” sözü “8 Noyabr” sözləri ilə əvəz edilsin.

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə