Ən son xəbərlər
№ 178 Bakı şəhəri, 30 aprel 2022-ci il
“Pensiya yaşına çatmasına, əlilliyinə, o cümlədən sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğu vəzifəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsi ilə müəyyən edilmiş minimum qulluq stajına və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin təyin olunması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 4 fevral tarixli 7 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Pensiya yaşına çatmasına, əlilliyinə, o cümlədən sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğu vəzifəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsi ilə müəyyən edilmiş minimum qulluq stajına və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin təyin olunması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 4 fevral tarixli 7 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 2, maddə 114, № 11, maddə 969; 2005, № 1, maddə 51; 2008, № 8, maddə 787; 2017, № 2, maddə 325, № 6, maddə 1225; 2018, № 7 (II kitab), maddə 1639; 2019, № 6, maddə 1147; 2021, № 6
(IV kitab), maddə 667; Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2022-ci il 15 mart tarixli 82 nömrəli Qərarı) aşağıdakı dəyişikliklər edilsin:
1. Adına və 1-ci hissəyə “minimum” sözündən sonra “15 il” sözləri əlavə edilsin.
2. Preambulada “qulluq stajına (15 il)” sözləri “15 il qulluq stajına” sözləri ilə əvəz edilsin.
3. Həmin Qərarla təsdiq edilmiş “Pensiya yaşına çatmasına, əlilliyinə, o cümlədən sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğu vəzifəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsi ilə müəyyən edilmiş minimum qulluq stajına və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin təyin olunması Qaydası” üzrə:
3.1. adına “minimum” sözündən sonra “15 il” sözləri əlavə edilsin;
3.2. 1-ci hissədə “qulluq stajına (15 il)” sözləri “15 il qulluq stajına” sözləri ilə, “qulluq stajına” sözləri “15 il qulluq stajına (həmin Qanunun
23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla)” sözləri ilə əvəz edilsin;
3.3. 2-ci hissədə “qulluq stajına” sözləri “15 il qulluq stajına (həmin Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla)” sözləri ilə əvəz edilsin.
Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş naziri
Köhnə versiyamızdan xəbərləri izlə