Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

NATO-nun Avropadakı qüvvələrinə yeni baş komandan təyin edilib

ABŞ ordusunun generalı Kristofer Kavoli NATO-nun Avropadakı qüvvələrinin yeni baş komandanı təyin edilib.

Alyansın mətbuat xidmətinin məlumatında bildirilir ki, son üç ildə bu postu ABŞ-ın HHQ generalı Tod Uolters tutub.

Şimali Atlantika Alyansı ABŞ ordusu­nun generalı Kristofer Kavolinin Avropadakı Müttəfiq Qüvvələrin Ali Baş Komandanı vəzifəsinə namizədliyini təsdiqləyib. General Kavoli hazırda ABŞ ordusunun Avropa və Afrikadakı qüvvələrinin komandanıdır.

Qeyd olunur ki, Кristofer Kavoli yayda Belçikanın Mons şəhərində komandan­lığın dəyişməsi münasibətilə keçiriləcək mərasimdə general Tod Uoltersi əvəz edərək, yeni vəzifəsinin icrasına başlayacaq.

Xatırladaq ki, aprel ayında “The Wall Street Journal” ABŞ rəhbərliyinin bu vəzifəyə General Kristofer Kavolini təyin etmək niyyətində olduğunu açıqlamışdı. General Kavoli Yel universitetində Rusiya və Şərqi Av­ropa tədqiqatları üzrə magistr dərəcəsi alıb. Rus dilini bilir.

“Xalq qəzeti”

5 May 2022 02:00 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
7 Avqust 2022 | 15:44
İranda zəlzələ olub

Köhnə versiyamızdan xəbərləri izlə