Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ali Hərbi Məktəbdə Ramazan bayramı qeyd olunub

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində Ramazan bayramı münasibətilə konsert təşkil olunub.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsindən "Xalq qəzeti"nə verilən məlumata görə, tədbirdə İdarənin rəis müavini Nazim Əliyev, Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə İş Mərkəzinin direktoru Həcər İsrafilova, hərbi məktəbin kollektivi iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Humay Muxtarova və Ayaz Məmmədovun aparıcılığı ilə keçən konsertdə müğənni Nadir Qafarzadə, aşıq Elvin Mehmanlı və Xətai rayon Mədəniyyət Mərkəzinin “Səma” rəqs ansamblı çıxış edib.

Qeyd edək ki, tədbirin təşkilində əsas məqsəd Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin şəxsi heyətinin və kursantlarının asudə vaxtını səmərəli təşkil etmək, onları mədəni irsimiz və milli dəyərlərimizlə yaxından tanış etməkdir.

30 Aprel 2022 12:02 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə