Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fələstin Dövlətinin Prezidenti Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbasdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Fələstin Dövləti və qardaş Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Sizə, Sizin vasitənizlə hökumətinizə və qardaş Azərbaycan xalqına Fələstin Dövləti və xalqı adından, şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırmağa şadam.

Xalqlarımız və ölkələrimiz arasında onilliklər ərzində mövcud olan qardaşlıq və əməkdaşlıq münasibətləri qürur duyduğumuz yüksəliş və inkişafa şahidlik etmişdir. İkitərəfli münasibətlərimizin ən yüksək səviyyəyə yüksəldilməsi, ölkələrimiz və xalqlarımızın mənafeyinə uyğun olaraq yeni üfüqlərin açılması üçün birgə səylərin gücləndirilməsinə böyük əhəmiyyət verdiyimizi vurğulamaq istəyirəm.

Bu mühüm diplomatik fürsətdən istifadə edərək Azərbaycanın quruculuq və yüksəliş prosesinə, onun rəhbərliyinin və xalqının gələcək inkişaf və tərəqqisi üçün iradə və müdrikliyinə heyran olduğumuzu bildirirəm.

Xalqımıza, onun ədalətli probleminə, azadlığına və müstəqilliyinə nail olmaq, paytaxtı Şərqi Qüds olmaqla Fələstin dövlətini qurmaq uğrunda apardığı qanuni mübarizəsinə dəstək verən həmrəylik mövqeyinizi yüksək qiymətləndirirəm.

Əziz qardaşım, xahiş edirəm ən xoş arzularımı qəbul edəsiniz. Sizə cansağlığı, xoşbəxtlik və müvəffəqiyyətlər, ölkənizə və xalqınıza xeyir-bərəkət və tərəqqi arzu edirəm.

Hörmətlə,

 

Mahmud Abbas

Fələstin Dövlətinin Prezidenti

Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri

29 Aprel 2022 11:04 - MƏKTUBLAR
MƏKTUBLAR

Köhnə versiyamızdan xəbərləri izlə