Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

20-yə yaxın vətəndaşa güzəşt müqaviləsi təqdim olunub

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti “Regionlarda maarifləndirmə və sorğu” layihəsini davam etdirir. “Aqrolizinq” ASC-nin bir qrup rəhbər işçiləri bu layihə çərçivəsində Şamaxı rayonunda sakinlərlə görüş keçiriblər. Şamaxı şəhər İncəsənət Təhsil Mərkəzinin inzibati binasında keçirilən görüşdə Şamaxı, İsmayıllı, Ağsu, Kürdəmir və Qobustan rayonlarının sakinləri iştirak ediblər.

Görüşdə vətəndaşlara “Aqrolizinq”in fəaliyyəti, xidmətlər, lizinq qaydaları barədə maarifləndirici məlumatlar verilib, vətəndaşların qaldırdığı məsələlərə münasibət bildirilib. İnformasiya və elektron xidmətlər şöbəsinin müdiri Ayaz Qədirov elektronlaşma ilə bağlı təqdimatla çıxış edib. Vətəndaşlar artıq mobil applikasiya üzərindən sifarişlərin veirlməsi imkanlarının yaradılmasını məmnuniyyətlə qarsalayıblar. 

Görüşdən sonra 20-yə yaxın vətəndaşa güzəşt müqaviləsi təqdim olunub.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

3 Dekabr 2018 14:48 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə