Köhnə versiya

П.новости

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 288 Bakı şəhəri, 10 avqust 2020-ci il

“Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 6 iyul tarixli 237 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

“Sanitariya-epidemioloji salamatlıq haq­qında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respubli­kası Nazirlər Kabinetinin 2020-ci il 6 iyul tarixli 237 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:

1. 2.2-ci bəndə “qida qəbulu” sözlərinin əvvəlinə “ictimai iaşə müəssisələrinin” sözləri və “zallarında” sözündən sonra “, otaqlarında, habelə onların açıq hava sahələrində” sözləri əlavə edilsin.

2. Həmin Qərarla təsdiq edilmiş “Koro­navirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu zamanı adambaşına müəyyən edilən sıxlıq normaları”nın “Qida qəbulu zalları” sütununa “zalları” sözündən sonra “, otaqlar, habelə açıq hava sahələri” sözləri əlavə edilsin.

Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş Naziri

Постановления Кабинета Министров

Köhnə versiyamızdan xəbərləri izlə