Köhnə versiya

П.новости

Son buraxılış
Arxiv

Ölkəmiz beynəlxalq miqyasda etibarlı tərəfdaş kimi tanınır

“Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünya miqyasında nüfuzlu, söz sahibi olan dövlətə çevrilib. Bu gün ölkəmiz beynəlxalq miqyasda etibarlı tərəfdaş kimi qəbul olunur. Dövlətimizin təşəbbüslərinin qlobal miqyasda dəstəklənməsi də bu reallığın ifadəsidir”. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müa­vini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

S. Fətəliyeva bildirib ki, Prezident İlham Əliyev bütün dünyanın üzləşdiyi COVID-19-a qarşı mübarizədə BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırıl­masını təklif edib. Bu təklif dünyanın 130-dan çox ölkəsi tərəfindən dəstəklənib. İyulun 10-da xüsusi sessiya rəsmi olaraq başlayıb. Lakin dövlət və hökumət başçıları səviyyəsində müzakirələrin keçirilmə vaxtı dövlətlər arasında aparılacaq məsləhətləşmələrdən asılı olacaq.

Deputatın sözlərinə görə, hazırda bəşəriyyət İkinci dünya müharibəsindən sonra ən böyük təhlükə ilə üzbəüz qalıb. Bu cür qlobal təhdidlər şəraitində BMT vəziyyətə uyğun reaksiya verərək, uzun vaxt apardığı üçün prosedur qaydalarını dəyişdirmədən müstəsna və presedent yaratmayan hal kimi videokonfrans formatında xüsu­si sessiya keçirməlidir.

Nəzərə alsaq ki, bu gün bəşəriyyətin başına gələn fəlakət bütün dövlətləri əhatə edir. Deməli, hər bir dövlət özünün mənafeyini, iddiasını bir kənara qoyaraq dünyanı xilas etmək, onu bu bəladan qurtar­maq üçün gələcəkdə ehtimal oluna biləcək təhlükələrə qarşı birgə mübarizə aparmalıdır. Koronavirusa qarşı strateji xarti­yanın hazırlanması məqsədilə BMT-nin Baş Assambleyasının xüsusi sessiyasının ilk dəfə olaraq videokonfrans formatın­da keçirilməsi tarix üçün zəruri, əhəmiyyətli və vacibdir: “Qlo­bal böhrana qarşı ortaq müdafiə strategiyasının təşəbbüskarı olan Azərbaycan Prezidentinin başlatdığı bu tarixi missiya tezliklə öz sözünü deyəcək. Həmçinin, BMT Baş Assambleyası dövlət və hökumət rəhbərləri səviyyəsində iyulun 10-dan başlamış prosesi yaxın zamanda ən yüksək nöqtəyə çıxaracaq, tarixi zərurət olaraq qəbul edilmiş pandemiyaya, ondan sonra ortaya çıxacaq bütün qlobal bəlalara qarşı birgə müdafiə strategiyasının hazır­lanması ilə bağlı ortaq sözünü deyəcək. Azərbaycan Prezi­dentinin irəli sürdüyü, dünya üçün vacib və əhəmiyyətli olan tarixi təşəbbüs bütün dünyanın birlikdə və bərabər mübarizə aparması üçün önəmli bir addım kimi tarixə düşəcək”.

S.Fətəliyeva deyib ki, Azərbaycan hazırkı şəraitdə də beynəlxalq əlaqələrini uğurla davam etdirir və bütün dövlətlərlə bərabərhüquqlu əsasda fəal əməkdaşlıq edir. Dövlətimizin xarici siyasətində milli maraqlarımız əsas gö­türülür. Məhz, bu amil xarici siyasətdə, beynəlxalq müstəvidə uğurlarımızı şərtləndirən əsas faktorlardan biridir.

Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV, “Xalq qəzeti”

13 Августа 2020 03:24 -

Köhnə versiyamızdan xəbərləri izlə