Köhnə versiya

П.новости

Son buraxılış
Arxiv

Surxay Musayev: ön cəbhədəki tibb işçiləri sığortalanmalı, onların müdafiə fondu yaradılmalıdır

Azərbaycan Tibb Universitetinin Tədris-terapevtik Klinikasının direktoru, tibb elmləri doktoru, professor, Əməkdar həkim Surxay Musayev özünün facebook səhifəsində belə bir statys paylaşıb:

“Fədakar həkimlərimiz, o cümlədən orta və kiçik tibb personalı artıq dörd aya yaxındır ki, bütün dünyanı bürümüş koponavirusla mübarizədə ön cəbhədə vuruşurlar.Bu gözəgörünməz düşmənlə müharibədə insanları qorumaq, müalicə etmək  üçün həyatını belə fəda etməyə hazır olan tibb işçilərimizin fəaliyyəti əsil qəhrəmanlıq nümunəsidir.Təəssüf ki, bütün qorunma tədbirlərinə baxmaraq, son vaxtlar həkimlərimiz və digər personal arasında koronavirusa yoluxma halları artmaqda davam edir. Neçə tibb işçimiz klinikalarda ağır vəziyyətdə yaşamaq uğrunda çarpışır. Onların hamısına Allahdan şəfa diləyirəm. Amma artıq bir neçə həkimimiz bu mübarizədə həyatlarını itiriblər.

Belə düşünürəm ki, tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə ciddi ehtiyac var. Ona görə də ön cəbhədə çalışan tibb işçilərinin sığortalanması məsələsi təcili şəkildə müvafiq orqanlarda müzakirəyə çıxarılmalı və ciddi qərar qəbul edilməlidir.

Eyni zamanda, COVİD-19-la ön cəbhədə mübarizə aparan tibb işçilərinin sosial müdafiə fondunun yaradılması da bu istiqamətdə vacib addımlardan biri ola bilər”.

Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri

10 2020 12:20 -

Köhnə versiyamızdan xəbərləri izlə