Köhnə versiya

П.новости

Son buraxılış
Arxiv

Qazax: dünən getdiyin yeri bu gün tanımaq olmur

Qazaxda su və kanalizasiya xəttinin çəkilişi elə təşkil olunub ki, adamlar narazı qalmır. Çünki küçələrdə, ayrı-ayrı binaların həyətlərində qazılmış yerlər xəttin çəkilişi başa çatan kimi doldurulur, asfalt salınır, digər abadlıq işləri görülür və beləliklə də sakinlərin rahatlığı təmin olunur. Təsadüfi deyil ki, son vaxtlar şəhərdə “Abad məhəllə” adlandırılan belə yaşayış yerlərinin sayı xeyli artıb.

Hazırda “Azərsu” ASC tərəfindən şəhərin içməli su və kanalizasiya sisteminin çəkilişi sürətlə davam etdirilir. Maraqlıdır ki, hər hansı bir küçədə, ya binanın həyətində bu işlər başa çatan kimi rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov ora gəlir və dərhal da abadlıq işlərinə start verilir. Asfaltsalma, bardürlərin təzələnməsi, işıq dirəklərinin yenilənməsi, gül-çiçək kollarının basdırılması və digər abadlıq işləri o qədər sürətlə aparılır ki, dünən getdiyin yeri bu gün tanımaq olmur

Rayon rəhbərinin yaxşı zövqü var. Elə bunun nəticəsidir ki, görülən işlərin demək olar ki, hamısı keyfiyyətlə başa çatdırılıb. R.Babaşov bu günlərdə yenə bir neçə küçəyə, məhəlləyə baş çəkib, öz tapşırıqlarını verib, tövsiyələrini bildirib.

Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri

10 2020 11:03 -

Köhnə versiyamızdan xəbərləri izlə