Köhnə versiya

П.новости

Son buraxılış
Arxiv

“Etika Akademiyası” əməkdaşlıq müqaviləsi imzalayıb

“Etika Akademiyası” nüfuzlu “A-Level” tədris mərkəzi ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Sənəd iki mərkəz arasında qarşılıqlı əlaqələri möhkəmləndirməyi, müəllim və tələbə mübadiləsini, müxtəlif layihə və tədbirlərin reallaşdırılmasını nəzərdə tutur.

Bu münasibət ilə təşkil olunan tədbirdə çıxış edən Etika Akademiyasının direktoru Günel İbrahim, əməkdaşlığın gələcək perespektivlərindən danışdı. Qeyd etdi ki, ikitərəfli əməkdaşlıq azərbaycanlı tələbələrin dünyanın top universitetlərində təhsil almalarına ideal zəmin yaradacaq. Bundan başqa iş adamlarının fəaliyyətinə də müsbət impuls verəcək.

“A-Level” tədris mərkəzinin rəhbəri Ayan Əliyeva bu əməkdaşlığın gənclərin təhsil imkanlarının genişləndirəcəyindən əminliyini ifadə edib. O, hər büdcəyə uyğun xaricdə təhsil imkanlarından danışdı. Valideynləri maraqlandıran sualları cavablandıran Ayan Əliyeva biznes və müəllimlər üçün ixtisas artırma təlimlərindən və beynəlxalq sertifikatlardan  də söz açdı.

“Etika Akademiyası” və “A-Level” tədris mərkəzinin əməkdaşlığı nəticəsində həm xarici dil bilgilərinə sahib olmaq, həm də daxili bacarıqların inkişafı daha da asanlaşacaq.  Mərkəzdə ingils, alman, rus, italyan dili üzrə yüksək standartlara cavab verən müxtəlif peşələrə uyğun təkmilləşdirmə təlimləri reallaşdırılacaq. Burada biznes, kommunikasiya, etik davranışlar, yazı qabiliyyəti, liderlik, natiqlik, peşə və təhsil istiqamətində bilik və təcrübəyə qısa müddətdə yiyələnmək üçün yerli və xarici mütəxəsislər fəaliyyət göstərəcək.

Təlimlərimizi uğurla başa vuran hər bir iştirakçının dünyanın öncül universitetlərində təhsil almasına zəmanət verilir.

 

Əfsanə ƏLƏSGƏRLİ,
“Xalq qəzeti”

 

 

9 Декабря 2019 15:21 -

Köhnə versiyamızdan xəbərləri izlə