Köhnə versiya

П.новости

Son buraxılış
Arxiv

Şəmkirdə ağacəkmə kampaniyası böyük bayrama çevrildi

Şəmkirdə ağacəkmə kampaniyası böyük bayrama çevrildi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın “Bir gündə 650 min ağac əkək” təşəbbüsü Şəmkirdə böyük bir bayram tədbirinə çevrildi. Mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibəti ilə bir gündə respublikamızda 650 min ağacın əkilməsini nəzərdə tutan bu  təşəbbüs hər bir şəmkirlinin ürəyindən xəbər vermişdi. Təsadüfi deyildi ki, həmin gün rayonin Dəllər Cəyir-Dəllər magistral yolunun sağ tərəfindəki 6 hektarlıq bir sahəyə ağac əkmək üçün xeyli rayon sakini toplaşmışdı.

Bu, təkcə ağacəkmə kampaniyası deyildi. O həm də adamların birliyi, mütəşəkkilliyi, dövlətə və dövlətçiliyə sədaqəti, xalqımızın tarixinə, onun dahi mütəfəkkirlərinə hörmət-izzət nümunəsi idi.

Aksiya başlamazdan əvvəl qısa, lakin maraqlı bir toplantı oldu. Rayon icra hakimiyyətinin məsul işçisi Kənan İbrahimov ölkə Prezidentinin mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyinin keçirilməsi haqqında sərəncamını  oxudu. Nəsiminin şeirlərinə həsr olunmuş musiqi parçaları səsləndirildi. Rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov bir qrup könüllüyə fəxri fərmanlar təqdim etdi. Tədbirin sonunda gənclər dövrə vurub yallı getdilər.

Rayon icra hakimiyyəti başçısının birinci müavini Qüdrət Əliyev müxbirimizlə söhbət zamanı dedi ki, bu gün burada 2 min ədəd müxtəlif növ ağac, əkiləcəkdir. Dünəndən isə Kür qırağındakı sahədə 4 min ağac əkilməsinə başlanılıb. Beləliklə, bu təşəbbüslə əlaqədar Şəmkirdə 6 min ağac əkiləcək.

Rayon ziyalılarının, müxtəlif təşkilat nümayəndələrinin, eləcə də gənclərin iştirakı ilə keçirilən ağacəkmə kampaniyası mütəşəkkilliklə başa çatdı.

Aksiyada Prezident Administrasiyasının məsul işçisi  Orxan Mürsəlov, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Novruz Quliyev iştirak etdilər.

 

Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri

9 Декабря 2019 12:37 -

Köhnə versiyamızdan xəbərləri izlə