Köhnə versiya

П.новости

Son buraxılış
Arxiv

DOST Agentliyi “Ən yaxşı debüt’’ sertifikatına layiq görülüb

DOST Agentliyi “Ən yaxşı debüt’’ sertifikatına layiq görülüb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyi “Bakutel–2019” -- XXV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində “Ən yaxşı debüt’’ sertifikatına layiq görülüb.

Dekabrın 3-dən 6-dək  Bakı Ekspo Mərkəzində keçirilən sərgidə 1 saylı Bakı DOST Mərkəzi  ölkəmizin innovativ yeniliklərindən biri kimi uğurla iştirak edib. Mərkəz sərgidə vətəndaşlara harada qeydiyyatda olmalarından asılı olmadan xidmətlər təqdim etdi. 100-dən çox vətəndaşa əmək, məşğulluq, pensiya, sosial müavinət, əlillik və s.  sahәlər üzrə operativ xidmətlər göstәrilib.

Hәmçinin “e-arayış” xidmәti vasitәsilә vətəndaşlar müavinət, təqaüd, pensiya, maddi yardım, şəhid vərəsələri kimi birdəfəlik ödəmə və imtiyazlı kateqoriyalardan olan vətəndaşlar kimi dövlət tərəfindən avtomobillə təmin olunma barədə real vaxt rejimində arayışlar əldə ediblər.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

9 Декабря 2019 11:23 - Социум
Социум

Köhnə versiyamızdan xəbərləri izlə