Köhnə versiya

П.новости

Son buraxılış
Arxiv

Ötən ay əlillərə 2659 reabilitasiya vasitəsi verilib

Ötən ay əlillərə 2659 reabilitasiya vasitəsi verilib

Cari ilin yanvar ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən 1032 nəfər əlilliyi olan şəxsə protez-ortopedik bərpa xidmətləri göstərilib. Həmin insanlardan 125 nəfəri ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar sağlamlıqlarını itirmiş vətəndaşlar olub.

Qeyd etmək yerinə düşər ki, 2019-cu ilin yanvar ayında ƏƏSMN tərəfindən əlilliyi olan şəxslərə ehtiyaclarına uyğun olaraq 86 aşağı və yuxarı ətraf, habelə döş protezi, 61 yuxarı və aşağı ətraf ortezi, 666 müxtəlif reabilitasiya vasitəsi, 722 cüt ortopedik və protez ayaqqabı, 94 dördayaqlı dayaq vasitəsi, 65 cüt qoltuqaltı ağac, 149 cüt dirsəkaltı ağac və s. verilib.

Yanvarda həmçinin, 87 nəfər əlilliyi olan şəxs isə əlil arabaları ilə təmin edilib. ƏƏSMN-nin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, ümumilikdə ötən ay əlilliyi olan şəxslər mərkəzin xətti ilə 2659 reabilitasiya vasitəsi ilə təmin olunublar, eyni zamanda, 83 nəfərə mərkəzin stasionar bölməsində reabilitasiya xidmətləri göstərilib.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

6 2019 14:40 - Социум
Социум

Ən son xəbərləri səhifəmizdən də izləyin