Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

BERNAMA agentliyi Prezident İlham Əliyevin xalqa son müraciətini işıqlandırıb

Malayziyanın BERNAMA Milli İnformasiya Agentliyi Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin Kəlbəcər rayonunun işğaldan azad edilməsi münasibətilə xalqa müraciətindən bəzi məqamları yayıb.

AZƏRTAC xəbər verir ki, “İlham Əliyev: Azərbaycan azad edilmiş bütün əraziləri bərpa edəcək, dirçəldəcək” adlı məlumatda dövlətimizin başçısının Azərbaycanın qədim torpağı olan Kəlbəcərin 28 il əvvəl Ermənistan silahlı qüvvələri tərəfindən işğalı və bunun səbəbləri, ermənilərin bu ərazidə zəngin təbii sərvətləri talaması, dövlətimiz tərəfindən Qafqaz Albaniyasına məxsus kilsələrin və məscidlərimizin qoruması, düşmənin isə müsəlman məbədlərində donuz və mal-qara saxlaması, ölkəmizin Vətən müharibəsində həm döyüş meydanında, həm də informasiya və siyasət sahələrində qələbə qazanması barədə fikirləri yer alıb.

Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidenti Kəlbəcərin və işğaldan azad edilmiş digər rayonların yenidən qurulacağını, bu torpaqlarda inkişaf və tərəqqiyə nail olunacağını da vurğulayıb.

Məlumatda vurğulanıb ki, Azərbaycan dövlətinin başçısı Ordumuzun düşməni məğlubiyyətə uğratmaqla yanaşı, həm də erməni faşizmini darmadağın etdiyini söyləyib.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Kuala Lumpur

27 Noyabr 2020 09:03 -

Köhnə versiyamızdan xəbərləri izlə