Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakının Əmircan qəsəbəsində Murtuza Muxtarov adına park istifadəyə verilib

Prezident İlham Əliyev parkda yaradılan şəraitlə tanış olub YENİLƏNİB

Bakının Suraxanı rayonunun Əmircan qəsəbəsində Murtuza Muxtarov adına park istifadəyə verilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev parkın açılışında iştirak edib.

Dövlətimizin başçısı məşhur neft milyonçusu və görkəmli mesenat Murtuza Muxtarovun parkdakı büstünün önünə gül dəstəsi qoydu.

Azərbaycan Prezidentinə parkda görülən işlər və yaradılan şərait barədə məlumat verildi.

Bildirildi ki, qəsəbənin Cabir Əliyev küçəsində yerləşən keçmiş “7 Qoç” parkı 1992-ci ildə salınıb. Uzun illər parkın ərazisində heç bir təmir işləri görülməyib. Qəsəbə sakinlərinin müraciəti nəzərə alınaraq parka əslən Əmircandan olan, XIX əsrdə ilk qazma avadanlığı zavodu açan və qazma dəzgahı ixtira edən xeyriyyəçi Murtuza Muxtarovun adı verilib, burada onun büstü qoyulub.

Heydər Əliyev Fondunun dəstəyi ilə iki ay ərzində burada genişmiqyaslı abadlıq işləri aparılıb, gözəl və müasir park yaradılıb.

14 Sentyabr 2020 14:15 - RƏSMİ XRONİKA
RƏSMİ XRONİKA

Köhnə versiyamızdan xəbərləri izlə