Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qobustanda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Qobustan rayonuna səfərə gəlib. Dövlətimizin başçısı ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Qeyd edək ki, regionların inkişafı ilə əlaqədar icra olunan dövlət proqramları, həmçinin Prezident İlham Əliyevin rayonlara səfərləri zamanı əhali tərəfindən qaldırılan məsələlərə həssas münasibət Qobustan rayonunun iqtisadi, sosial və mədəni həyatına da təsirsiz ötüşməyib. Son illər ölkənin bütün regionları kimi, bu rayon da özünün əsl inkişaf dövrünü yaşayır. İqtisadiyyatın şaxələndirilməsi, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün ardıcıl tədbirlər görülür.

AZƏRTAC

30 2020 03:07 - RƏSMİ XRONİKA
RƏSMİ XRONİKA

Köhnə versiyamızdan xəbərləri izlə