Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 25-də Mingəçevir şəhərinə səfərə gəlib.

Dövlətimizin başçısı ümummil­li lider Heydər Əliyevin Mingəçevir şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Qeyd edək ki, Azərbaycanın ən böyük sənaye mərkəzlərindən olan Mingəçevirdə 2003-cü illə müqayisədə 2019-cu ildə məhsul buraxılışı 1,1 dəfə, kənd təsərrüfatı 1,1 dəfə, əsas kapitala yönəldilmiş vəsait 52,7 dəfə artıb. 2003-cü ildən 2020-ci ilin birinci rübünə qədər şəhərdə 19 min 755 yeni iş yeri yaradılıb və bu il ödənişli əsaslarla 905, pandemiya ilə əlaqədar isə 762 müvəqqəti iş yeri açılıb.

AZƏRTAC

26 2020 12:03 - RƏSMİ XRONİKA
RƏSMİ XRONİKA

Köhnə versiyamızdan xəbərləri izlə