Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan dünya enerji bazarında çox etibarlı tərəfdaş kimi tanınır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münxendə Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol ilə görüşüb.

Görüşdə Fatih Birol Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən “Enerji təhlükəsizliyi” mövzusunda “dəyirmi masa”dakı çıxışını çox yüksək qiymətləndirdi. İcraçı direktor qeyd etdi ki, Azərbaycan dünya enerji bazarında çox etibarlı tərəfdaş kimi tanınır, bu da bilavasitə Prezident İlham Əliyevin yürütdüyü siyasətin nəticəsidir.
Görüşdə “OPEC+” formatında Azərbaycanın təşəbbüsləri yüksək qiymətləndirildi. Son dövrlərdə Azərbaycanın alternativ enerji resurslarının inkişafı istiqamətində atdığı addımların önəmi vurğulandı, eyni zamanda, dünya enerji bazarındakı mövcud vəziyyətlə bağlı fikir mübadiləsi aparıldı. 

 

AZƏRTAC 

 

15 2020 00:45 - RƏSMİ XRONİKA
RƏSMİ XRONİKA

Köhnə versiyamızdan xəbərləri izlə