Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Prezidenti İlham Əliyevin Qəbələ və Ağdaş rayonlarına səfəri

Qəbələdə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət

Azərbaycan Prezidenti İlham Əliyevin Qəbələ və Ağdaş rayonlarına səfəri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Qəbələ rayonuna səfərə gəlib.
Dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin Qəbələ şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.
Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev Prezident İlham Əliyevə son illər rayonda görülən işlər, həyata keçirilən layihələr barədə məlumat verdi. 
Bildirildi ki, rayonun sosial-iqtisadi göstəriciləri xeyli yaxşılaşıb, çoxlu sosial infrastruktur obyektləri tikilib, istehsal müəssisələri yaradılıb.
Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verdi.

AZƏRTAC 

29 Oktyabr 2019 01:18 - RƏSMİ XRONİKA
RƏSMİ XRONİKA

Köhnə versiyamızdan xəbərləri izlə