• RUB: 0.0249
  • TRY: 0.2688
  • EUR: 1.9876
  • USD: 1.7000
  • Bakı + 23.8 ° C / 70%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Zaqrebdə rəsmi qarşılanma mərasimi

Zaqrebdə rəsmi qarşılanma mərasimi

Xorvatiya  Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 6-da rəsmi  qarşılanma mərasimi olub.
hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı.
Azərbaycanın və Xorvatiyanın dövlət himnləri səsləndirildi.
Fəxri qarovul dəstəsinin rəisi dövlətimizin başçısına raport verdi.
Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
Azərbaycan Prezidenti İlham Əliyev Xorvatiya əsgərlərini salamladı.
Xorvatiyanın dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Kolinda Qrabar-Kitaroviçə təqdim olundu.
Prezidentlər birgə foto çəkdirdilər. 

AZƏRTAC

6 2018 23:52 - RƏSMİ XRONİKA
RƏSMİ XRONİKA
16 Sentyabr 2018 | 01:52
Rəsmi qarşılanma mərasimi
16 Sentyabr 2018 | 01:49
Şəhidlərin xatirəsinə ehtiram

Ən son xəbərləri səhifəmizdən də izləyin